Yoxlanışdan sonra qadına mesaj yazan polis İŞDƏN ÇIXARILDI

ÖLKƏ
11:06 / 22.07.2020
1542

Bakıda xidmətdə olan zaman qadının şəxsi məlumatlarını əldə edərək sonradan ona mesaj yazan polis əməkdaşı daxili işlər orqanlarından xaric edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən HİT.Az-a verilən məlumata görə, sosial şəbəkələrdə polis əməkdaşı Zahir Abbasovun Bakıda xidmətdə olan zaman qadının şəxsi məlumatlarını əldə edərək sonradan ona mesaj yazması ilə bağlı yayılan məlumatlar DİN-də araşdırılıb.

Araşdırmaların nəticəsinə uyğun olaraq Z. Abbasov xidmətdən xaric edilib.

1