Milli Məclis Suqovuşan adının bərpasını TƏSDİQLƏDİ

ÖLKƏ
12:18 / 06.10.2020
547

Milli Məclis Azərbaycan Ordusu tərəfindən erməni işğalından azad edilən Madagiz kəndinin Suqovuşan adlandırılmasını təsdiq edib.

HİT.Az-ın məlumatına görə, bununla bağlı qanun layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra “Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında” qanun layihəsi səsə qoyularaq qəbul edilib.

0