BMT baş katibi Hörmüz boğazının blokdan çıxarılmasına çağırdı

DÜNYA
18:00 / 11.05.2026
48

BMT baş katibi Antonio Quterreş Hörmüz boğazının bloklanmasının enerji daşıyıcılarının qiymətində artıma səbəb olduğunu bildirib və boğazın heç bir məhdudiyyət olmadan tam şəkildə açılmasının vacibliyini vurğulayıb. 

HİT.az xəbər verir ki, bu barədə o, "Reuters" agentliyinə istinadən TASS məlumat yayıb.

Onun sözlərinə görə, yalnız boğazdan gəmiçilik fəaliyyətinin bərpası gübrə və enerji daşıyıcılarının qiymətlərinin aşağı düşməsinə kömək edə bilər.

"Bir neçə ölkə arasında baş verən münaqişənin qlobal iqtisadiyyatı sarsıdan bu cür təsir yaratmasının heç bir mənası yoxdur", deyə BMT baş katibi bildirib.

Bundan əvvəl İran İslam Respublikasının ali lideri Məcdəba Xamenei bəyan edib ki, Tehran Fars körfəzi və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırır. Onun sözlərinə görə, İran regionda təhlükəsizliyi ABŞ-nin iştirakı olmadan təmin etmək niyyətindədir.

"Citigroup"un proqnozuna əsasən, Hörmüz boğazında hərəkət bir ay müddətində dayandırılarsa, neftin bir barelinin qiyməti 110 ABŞ dollarına qədər yüksələ bilər.

Samir
 

0