Viroloq, tibb elmləri namizədi və Perm Milli Tədqiqat Politexnik Universitetinin (PNİPU) baş elmi əməkdaşı Valeri Litvinov bildirib ki, hantavirus insan üçün COVID-19-la müqayisə oluna biləcək səviyyədə təhlükə yaratmır.
HİT.az xəbər verir ki, bu barədə o, "RİA Novosti"yə açıqlamasında deyib.
Mütəxəssisin sözlərinə görə, koronavirus insandan insana çox asan və sürətli şəkildə ötürülür və minimal təmas belə yoluxma üçün kifayət edir. Hantavirusda isə bu xüsusiyyət mövcud deyil.
"Bu, təbii ocaq infeksiyasıdır və konkret heyvanlarla bağlıdır. Daşıyıcılar olan siçanlar və siçovullar xəstəliyi simptomsuz keçirir”, deyə Litvinov bildirib.
Onun sözlərinə görə, gəmiricilər hantavirusun yalnız bəzi növləri ilə yoluxduqda tələf ola bilər. İnsanlarda isə xəstəlik adətən ağır keçmir.
Mütəxəssis həmçinin qeyd edib ki, hantavirus insandan insana asan ötürülən pandemik viruslardan fərqli olaraq daha məhdud yayılma xarakterinə malikdir.
Samir


