Bəzi rayonlarda intensiv yağış yağacaq, çaylardan sel keçəcək

SOSİAL
14:04 / 11.05.2026
45

Mayın 12-14-də əsasən günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Bu barədə HİT.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

0