Ermənistan daha 34 hərbçisinin öldüyünü AÇIQLADI

DÜNYA
11:50 / 27.11.2020
760

Ermənistan hərbi itkilərini açıqlamaqda davam edir.

HİT.Az xəbər verir ki, ermənilər ölən daha 34 hərbçinin adını açıqlayıb.

Bununla da Ermənistan ordusunun rəsmi açıqlanan itki sayı 2425-ə çatıb. Amma mütəxəssislər Azərbaycan Ordusu tərəfindən məhv edilən erməni hərbçilərinin sayının bundan bir neçə dəfə çox olduğunu bildirirlər. 

0