“İskəndər Böyük” hansı seriallarda çəkilib? - SİYAHI

MARAQLI
10:27 / 13.05.2026
501

Türkiyənin ən məşhur aktyorlarından biri də Musa Uzunlardır. 

Təcrübəli sənətçi karyerası ərzində yüksək reytinqli seriallarda unudulmaz obrazlara həyat verib. Lakin onu ən çox populyarlaşdıran obraz isə şübhəsiz ki, “Kurtlar Vadisi Pusu”da həyat verdiyi “İskəndər Böyük” idi. 

O, bu xarakter sayəsində bütün dünyada tanınıb. Üstəlik, hələ də “İskəndər Böyük”lə bağlı hazırlanan videolar böyük maraqla izlənilir. Həmçinin, “Poyraz Karayel” serialındakı “Bahri Umman” rolu da çox sevilir. 67 yaşlı aktyor son zamanlarda ekranlardan uzaq olsa da, zəngin karyeraya sahibdir. Biz də bu gün onun karyerasına nəzər salacağıq...

Hit.az Musa Uzunların çəkildiyi serialların siyahısını təqdim edir:

•    "Süper Baba" - "Sinan" (1993)
•    "Ateş Dansı" - "Sinan" (1998)
•    "Nilgün" - "Sinan" (1999)
•    "Yağmur Zamanı" - "Levent" (2004-2006)
•    "Kurtlar Vadisi Pusu" - "İskəndər Böyük" (2008-2010)
•    "Fatmagül'ün Suçu Ne?" - "Rəşad" (2010-2012)
•    "Karanlıklar Çiçeği" - "Tariyel" (2012)
•    "Şubat" - "Aziz" (2012-2013)
•    "Poyraz Karayel" - "Bahri Umman" (2015-2017)
•    "8. Gün" - "Hayati" (2018)
•    "Bir Annenin Günahı" - "Sadri" (2020)
•    "Hayatımın Şansı" - "Turqay" (2022-2023)
•    "Aile" - "İlyas" (2023-2024).

Pərviz Şimşək

0