Bayraqqaldırmada şəhid övladları da iştirak etdi - FOTO

ÖLKƏ
18:15 / 17.05.2026
83

Bu gün Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasimində Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz övladları da iştirak ediblər.

Hit.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “ZƏFƏR Şəhid Ailələrinə Dəstək” İctimai Birliyi məlumat yayıb.

Bildirilib ki, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin oğlu Əli Əlizadə və Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin şəhid baş giziri, qrup komandiri Camal İsmayılovun qızı Əsnad İsmayılzadə forumun açılış mərasimində bayraqqaldırma mərasimində yer alıblar.

0