AFFA ermənilərin təxribatına görə FIFA-ya müraciət edəcək - FOTO

22:59 / 31.03.2021
1332

AFFA tərəfindən FIFA-ya müvafiq qaydada müraciət ünvanlanacaq.

Hit.az milli assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, buna DÇ-2022-nin Ermənistan və Rumıniya komandaları arasındakı seçmə oyunda baş verən təxribat səbəb olub.

Belə ki, Ermənistandakı görüşdə tribunada separatçı rejimin qondarma bayrağı asılıb.

0