Azərbaycanlı hakimlərə beynəlxalq təyinat

İDMAN
23:59 / 13.05.2021
1118

Gürcüstanın paytaxtı Tiflisdə qadın voleybolçular arasında Avropa çempionatının təsnifat mərhələsinin oyunları təşkil olunacaq.

Hit.az xəbər verir ki, B qrupunda ev sahibləri, Portuqaliya, Ukrayna və İsveçin mübarizə aparacağı görüşlərə Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişman təyinat alıb.

O, mayın 14-16-da keçiriləcək matçlarda supervayzer funksiyasını yerinə yetirəcək.

B qrupunun oyunlarında həmçinin beynəlxalq dərəcəli hakimlərimiz Eldar Əliyevlə Eldar Zülfüqarov da iş başında olacaqlar. Onlar CEV-in Tiflisə təyinat verdiyi 4 referidən ikisidir.

0