Tofiq Yaqublu şərti azadlığa BURAXILDI

17:58 / 15.07.2021
1481

Müsavat Partiyası və Milli Şuranın üzvü olan Tofiq Yaqublu 2il 6 ay sınaq müddəti olmaqla şərti azadlığa buraxılıb. 

HİT.Az xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi şəxsi “Facebook” səhifəsində məlumat yayıb. 

3 sentyabr 2020-ci il tarixdə Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarmışdı.

2020-ci il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Sükan arxasında olan Elxan Cəbrayılov Yaqublu ilə münaqişə edərək onu qəzada ittiham edib. Məhkəmə Elxan Cəbrayılovun Tofiq Yaqublu ilə münaqişəsini ikincinin “xuliqanlığı” kimi dəyərləndirib.

VÜQAR

0