\"Qarabağ\"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azaldı

23:30 / 30.07.2021
1459

UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkatma mərasimindən əvvəl "Qarabağ"ın potensial rəqiblərinin sayında azalma baş verib.

Klubun mətbuat xidmətindən Hit.az-a verilən məlumata görə, III təsnifat mərhələsində Kipr AEL-ini üstələyəcəyi təqdirdə, Azərbaycan təmsilçisi 4 cütdən birinin rəqibi ilə görüşəcək.

Ağdam komandası səpələnmişlər səbətində yer alacaq, rəqib isə səpələnməmişlər sırasından düşəcək. Onların arasında II təsnifat mərhələsində "Sumqayıt"ı mübarizədən kənarlaşdırmış Serbiya "Çukariçki"si də var:

MOİK (Sofiya, Bolqarıstan) - "Osiyek" (Xorvatiya)

"Pakuş de Fereyra" (Bolqarıstan) - "Larn" (Şimali İrlandiya)

"Breydablik" (İslandiya) - "Aberdin" (Şotlandiya)

"Çukariçki" (Serbiya) - "Hammarbü" (İsveç)

0