EKONOMİKS
09:35 / 03.08.2022
200

Azərbaycan nefti yenə ucuzlaşdı

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb.

HİT.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,4 ABŞ dolları və ya 1,3% azalaraq 104,57 dollar təşkil edib.

Hərraclarda “Brent” markalı neftin oktyabr fyuçersləri 100,04 ABŞ dollardan satılıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

0