Mayda bu tarixlərdə iş olmayacaq - TƏQVİM

SOSİAL
08:31 / 26.04.2023
954

Mayda 10 gün iş olmayacaq.

HİT.Az xəbər verir ki, qeyri-iş günlərinin sayı Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin Qərarına əsasən müəyyənləşib.

Belə ki, gələn ay 9 May Qələbə Günü, 28 May isə Müstəqillik Günüdür. 2023-сü ildə mayın 28-i bazar gününə təsadüf etdiyindən beşgünlük iş həftəsində 29 may da istirahət günüdür.

Beləliklə mayda şənbə və bazar günləri də daxil olmaqla 10 gün qeyri-iş günü olacaq.

0