"Volkswagen Tiguan" modelinin ilk görüntüləri ortaya çıxdı - FOTO

AVTO
10:53 / 24.08.2023
1244

Gələn ilin payızında qlobal miqyasda təqdim olunacaq üçüncü nəsil "Volkswagen Tiguan" modelinin qeyri-rəsmi vizualları ortaya çıxıb.

HİT.az xəbər verir ki, sözügedən modelin daxili və xarici görüntüləri sızdırılıb.

Görüntülər proqram təminatı şirkəti "MQB-Coding & Retrofit" tərəfindən paylaşılıb. Bildirilir ki, yeni "Tiguan" indiki modeldən daha çox dairəvi xətlərə malik olacaq və bir qədər böyük ölçülərdə görünəcək.

Sözügedən avtomobilin uzunluğunu 32 millimetr artırılaraq ümumi uzunluğu 4551 mm-ə çatdırılacaq. "Tiguan"ın benzin, dizel və hibrid modellərinin satışa çıxacağı gözlənilir.  Digər detallar isə hələ ki, bilinmir.

Pərviz

0