Bu gün tarixin vərəqlərində 2 iyuldayıq.
Hit.az xəbər verir ki, 2 İyul- Azərbaycan Polis günüdür.
Bu gün həmçinin, Beynəlxalq İdman Jurnalistləri Günüdür. Beləliklə, tarixin 2 iyulunda baş verən hadisələri, doğulan və vəfat edən görkəmli şəxsləri xatırlayırıq...
2 iyulda baş verənlər:
1990-cı ildə Məkkə şəhərinin yaxınlığında yerləşən Mina dağında ziyarət zamanı yaranan izdiham nəticəsində 1426 zəvvar həlak olub. 2000-ci ildə Fransa milli futbol komandası UEFA Avropa Çempionatını qazanıb. 2002-ci ildə Stiv Fossett hava şarında dayanmadan təkbaşına dünya ətrafında uçan ilk insan olub.
2 iyulda doğulanlar:
1962-ci ildə Milli Qəhrəman, Birinci Qarabağ müharibəsi şəhidi Ramiz Qəmbərov, 1953-cü ildə Əməkdar artist, müğənni Məhəbbət Kazımov, 1957-ci ildə Milli Məclisin II, III, IV, V, VI və VII çağırış deputatı Aydın Mirzəzadə və 1960-cı ildə sabiq xarici işlər naziri Elmar Məmmədyarov dünyaya gəlib.
1903-cü ildə Norveç kralı V Olaf, 1925-ci ildə Konqo Demokratik Respublikası baş naziri Patris Lumumba, 1930-cu ildə isveçrəli dizayner Karl Gerstner, 1936-cı ildə Misir vitse-prezidenti Ömər Süleyman, 1946-cı ildə amerikalı professor Riçard Aksel, 1982-ci ildə ukraynalı müğənni Yolka və 1990-cı ildə avstraliyalı aktrisa Marqo Robbi doğulub.
2 iyulda vəfat edənlər:
1992-ci ildə Milli Qəhrəman Şikar Aslanov Birinci Qarabağ müharibəsi zamanı şəhid olub.
1978-ci ildə general-mayor, Sovet İttifaqı qəhrəmanı Salahəddin Kazımov, 1990-cı ildə Xalq şairi Osman Sarıvəlli, 1999-cu ildə gəmi kapitanı Şövkət Səlimova dünyasını dəyişib.
Həmçinin, 1932-ci ildə Portuqaliya kralı II Manuel, 1961-ci ildə amerikalı yazıçı Ernest Heminquey, 1999-cu ildə amerikalı yazıçı Mario Püzo və 2017-ci ildə israilli şahmatçı Tatyana Zatulovskaya vəfat edib.
Pərviz


