Qətər əmiri Mbappeni PSJ-də qalmağa razı salmayacaq

İDMAN
19:38 / 27.02.2024
468

Qətər əmiri Təmim bin Həməd Al Tani Kilian Mbappeni PSJ-də qalmağa razı salmayacaq.

HİT.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano sosial şəbəkələrdə yazıb.

Romano iddia edir ki, PSJ-yə yaxın insanlar Al Taninin Mbappenin müqaviləsi üçün təkmilləşdirilmiş təklif etmək istəyi ilə bağlı məlumatları inkar edirlər.

Qeyd edək ki, Mbappenin PSJ ilə hazırkı müqaviləsi 2024-cü ilin yayında bitəcək. O, 2018-ci ildə "Monako"dan Paris klubuna 180 milyin avroya keçib. Hazırda "Transfermarkt" ulduz oyunçuya 180 milyon avro qiymət qoyub.

2022-ci ilin mayında media Mbappenin PSJ ilə yeni müqavilə imzaladığını yazmışdı. Eyni zamanda, digər mənbələr futbolçunun artıq "Real Madrid"lə anlaşdığını və ilkin müqavilə imzaladığını iddia edib. Lakin hələlik bununla bağlı rəsmi açıqlama verilməyib. Keçidin yayda reallaşması gözlənilir.

Mbappe cari mövsümdə 32 rəsmi oyuna çıxıb, 32 qol vurub və 7 məhsuldar ötürmə edib. PSJ hazırda Liqa 1 turnir cədvəlində birinci yerdədir.

Samir

0