"Nadir insanlar var ki, səsini qoruya bilər. İndiki zamanda gördüyümüz xanəndələr, ustadlar bəlkə də səsini qorumur. Mən şəxsən dondurma da yeyirəm, kondisionerin altında da otururam. Bütün qidaları qəbul edirəm".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zabit Nəbizadə "Günə uğurla" verilişində qonaq olarkən deyib. Xanəndə səs tellərinə mənfi təsir edən qidalardan da bəhs edib:
"Amma elə qidalar var ki, səsə pis təsir edir. Qatıq yeyəndə və ya ayran içəndə mənim üçün oxumaq çətin olur. Əvvəllər cavan olanda heç fikir də vermirdim. Sonradan baxdım ki, balıq yeyəndə də oxumaq çətin olur. Əslində balıq yüngül yeməkdir. Dədə-babadan eşitmişik ki, xanəndələr və aşıqlar çolpa yeyər. Çolpa yeyəndə rahat olursan. Döymə ət yeyəndə də oxumağa əziyyət çəkirəm. Oxuyandan sonra hər şeyi ilıq şəkildə qəbul etmək lazımdır. İfadan əvvəl soyuq su içmək və ya dondurma yemək olar".


