Süleyman Rüstəmin yeganə övladı vəfat etdi

ÖLKƏ
09:13 / 29.06.2026
95

Xalq şairi Süleyman Rüstəmin oğlu Azad Rüstəmzadə vəfat edib.

HİT.az xəbər verir ki, bu barədə Teleqraf-a Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın müşaviri Rauf Aslanov məlumat verib.

O qeyd edib ki, 80 yaşlı Azad Rüstəmzadə ötən gün dəfn edilib.

Qeyd edək ki, Azad Rüstəmzadə xalq şairi Süleyman Rüstəmin yeganə övladı idi. O, 1946-cı ildə anadan olub. 1968-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb ədəbiyyatı üzrə filologiya elmləri namizədi olub.

Uzun illər Azərbaycan Elmlər Akademiyasında çalışan Azad Rüstəmzadə 1989–2009-cu illərdə Milli Məclisin Beynəlxalq əlaqələr şöbəsində baş məsləhətçi vəzifəsində işləyib.

0