“Bu istəklə və templə davam edəcəyik”

İDMAN
12:08 / 28.06.2026
99

"Qarabağ" Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində keçirilən maçtda “VSG Tirol”u (Avstriya) 4-0 hesabı ilə məğlub edib. 

Hit.az xəbər verir ki, yoxlama oyunundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib:

 “Ümumilikdə pis oyun alınmadı. Fiziki cəhətdən yüklənməyə və havanın isti olmasına baxmayaraq, futbolçular xeyli əziyyət çəkdilər. Həm istədiyimiz yükləməni aldıq, həm də nəticə yaxşı oldu. İlk matçda belə qələbə qazanmaq futbolçulara da güvən verir. Əlbəttə ki, optimal formadan hələ uzağıq. Yeni transferlərimizə tam uyğunlaşmaq üçün bir az zaman lazımdır. Bununla belə, vacibi odur ki, istəklidilər. İnanıram ki, onlar komandamıza uzun müddət fayda verəcəklər. Gedişatdan və komandadan razı qaldım. Bu istəklə və templə davam edəcəyik”.

0