3 kəndin tək dərdi - yolsuzluq

İQTİSADİYYAT
20:43 / 23.05.2024
259

Ucar rayonunun Əlikənd, Şahlıq, Ramal kənd sakinləri Hit.az redaksiyasına  müraciət ediblər.

3 kəndin sakinlərinin tək dərdi yolsuzluqdur.

Bu kəndlərin kənarından böyük İpək Yolu magistralı çəkilərkən, kəndləri birləşdirən ümumi yola keçid qoyulmayıb.

3 kəndin əhalisi magistraldan kənd yoluna dönüb, evlərinə getmək üçün Ağdaş rayonu ərazisinə gedib, Ləki qəsəbəsindən dövrə vurub , gəlməli olurlar.

Yolu yaxın eləmək üçün magistral xəttin altından çəkilmiş qaramal üçün nəzərdə tutulan keçiddən də istifadə edənlər var.

Lakin bu keçid yer səviyyəsindən çox aşağı olduğu üçün ya qrunt suları ilə dolu olur, ya da mal-qara ilə.

Heyvanları nəzərə alanlar avtomobilləri və insanları nəzərə almayıblar.

Bundan əlavə bu 3 kəndə aparan avtomobil yolu bərbad vəziyyətdədir.

Xüsusən Şahlıq kəndinə gedən yol sökülüb, dağılıb, çala -çuxurdan keçilməz hala gəlib.

Kənd camaatı illər öncə pul toplayıb,  özlərinə yol çəkiblər. Lakin yollar dağılıb, yararsız hala düşüb.

Bəs Ucar icra Hakimiyyəti, 3 kəndin bələdiyyəsi, yəni yolların səliqə sahmanına baxmlı olan qurumlar niyə susurlar?

Kənddə bir çaqqala atəş açılanda 100 yerdən gəlib cərimə yazanlar, təxminən 1500 təsərrüfatdan ibarət kənd camaatının çətinliyini görməzdən gəlirlər?

Mövzunu diqqətdə saxlayacağıq.

Murad

0