Bu iki həftəlik karantin yoluxmaya qətiyyən təsir etməyəcək, çünki... - Professor

18:51 / 23.06.2020
2728

"Hazırda bir adam 6 nəfəri yoluxdurma əmsalındayıq".

HİT.Az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında profesoor Adil Qeybulla deyib. Professor hesab edir ki, elan olunan bu iki həftəlik karantin yoluxma əmsalına qətiyyən təsir etməyəcək:

"Evdə oturan yoxdur. Mən səhər evdən gələndə yolda adam əlindən tərpənmək mümkin deyildi. Bunun nəyi karantindir? Hərə iki nömrə alır, bütün günü SMS-lə küçədə gəzir. Bu sərt karantin ancaq salonlara aiddir. Salon işçiləri niyə evdə oturmalıdır? Bu iki həftəlik karantin yoluxma əmsalına qətiyyən təsir etməyəcək. Əvvala yoluxma əmsalı olduqca böyükdür. Niyə? Çünki insanlar deyilən şərtlərə əməl etmir, maska taxmır, məsafə gözləmir".

Adil Qeybulla bildirib ki, bu qərar Operativ Qərargahın yanlışlığıdır:

"Çünki heç bir maarifləndirici iş aparmadı. Əvvəlcədən təlimatlar hazırlanmadı. Son nəticədə də biz yoluxma əmsalında artım müşahidə edirik".

2