Azərbaycanda yaşlı cütlüyün illərə meydan oxuyan sevgisi dillərə düşdü - VİDEO

ÖLKƏ
14:29 / 12.07.2020
1493

Sosial şəbəkələrin Azərbaycan seqmentində maraqlı video müzakirələrə səbəb olub.

Videoda yaşlı cütlük bir-birinə sevgi nəğmələri ifa edirlər.

Ahıl kişi öz həyat yoldaşına əvvəlcə “Gözəlim sənsən” xalq mahnısını oxuyur, ardınca isə cütlük duet şəklində başqa bir xalq mahnısı – “Azərbaycan maralı”nı səsləndirirlər.

Daha sonra tərəflər bir-birilərinə sevgilərini ifadə ediblər.

1
Oxu.az