Xalq artisti solo konsertə hazırlaşır

MƏDƏNİYYƏT
11:56 / 10.05.2023
608

Xalq artisti Mübariz Tağıyev solo konsertə hazırlaşır.

Bu barədə HİT.az-a sənətçi özü məlumat verib. Onun sözlərinə görə, konsertlə bağlı layihənin üzərində uzun illərdir iş gedir:

“Tamaşaçılarıma bir yubiley konserti vermək istəyirəm. Bu aralarda bir az çətinliklərim oldu. Hər dəfə vaxt təyin edəndə ortaya nə isə çıxır, məcbur olub təxirə salıram. Amma üzü yaya gedir, inanıram ki, qarşıdakı aylarda bu layihəni məni sevənlərə təqdim edəcəm”.

Mübariz Tağıyev konsertdə yeni mahnılarla yanaşı repertuarındakı mahnıların da yer alacağını vurgulayıb.

Qeyd edək ki, bu il Mübariz Tağıyevin 75 yaşı olub.

Azra

0