"Mən gəncləri sevirəm" - İlham Namiq Kamal

MƏDƏNİYYƏT
20:39 / 18.09.2024
86

“Mən gəncləri, onlarla işləməyi sevirəm. İstedadlı cavanlarımız çoxdur. Dünən tələbələrim olmuş gənclər bu gün həmkarlarım kimi çıxış edirlər. Bu mənə də maraqlıdır, onlara da”.

Bu fikirləri Hit.az-a Xalq artisti İlham Namiq Kamal səsləndirib:

"Yaşlı aktyorlar təcrübədirlər, məktəbdirlər. Yaşlı deyirəm, amma hər aktyor könlündə uşaqdır. Uşaq kimi təbiətləri olur, aktyorların. Uşaq kimi olmasalar, onlar bir çiçəyə, bir alqışa sevinməzlər. Aktyorlar duyğu adamlarıdır. Onların qayğıya ehtiyacı var".

Murad

0