Ceki Çan yeni filminin bir hissəsini Azərbaycanda çəkəcək

MƏDƏNİYYƏT
13:52 / 14.05.2026
44
Əfsanəvi film ulduzu Ceki Çanın baş rolu oynadığı "Tanrının zirehi” ("Armour of God”) filminin 4-cü hissəsi Qazaxıstanda və Azərbaycanda çəkiləcək. 
 
HİT.az xəbər verir ki, bu barədə "Variety” jurnalı Kann Festivalına həsr olunmuş özəl buraxılışında xəbər yayıb. Çəkilişlərin iyul ayında başlayacağı gözlənilir.
 
Rejissor Robert Kunun lentə alacağı film "Salem Entertainment” şirkəti tərəfindən istehsal olunur. Prodüserlər Esmond Rend və İqor Tsay Astanada qeyd alınmış "Aləm” Fondunu da layihənin maliyyələşdirilməsinə cəlb ediblər.
 
"Allahın zirehi: Ultimatum” adlanan filmdə Ceki Çanın canlandırdığı "Asiya qartalı” ləqəbli personajın macəralarının davamını görəcəyik. Bu dəfə o, dəyəri 20 milyon dollardan çox olan "Tumar” adlı qədim artefaktı ələ keçirmək üçün başlanmış qlobal kampaniyanın iştirakçısı olacaq.
 

0