Yeni komediya serialında kimlər çəkiləcək?

MƏDƏNİYYƏT
10:06 / 01.06.2026
103

Xəbər verdiyimiz kimi, yeni mövsümdə Türkiyədə çox iddialı bir komediya serialı çəkiləcək.

Hit.az xəbər verir ki, kod adı “Düğünümüz var” olan ekran işinin heyətinə məşhurlar daxil olmağa davam edir. 

Artıq layihədə rol alacaq 9 ulduzun adı bəllidir. Belə ki, Şevval Sam, Eda Ece, Binnur Kaya, Nevra Serezli, Cengiz Bozkurt, Yasemin Ergene, Buğra Gülsoy, Enis Arıkan və Şükran Ovalı kimi məşhurlar sözügedən serialda çəkiləcəklər. Ekran işində toplam 26 ulduzun rol alacağı açıqlanıb. 

Maraqlıdır ki, hər biri ayrı-ayrılıqda baş rollarda çəkilmiş bu qədər çox məşhur ilk dəfə bir araya gəlir. Bununla da illərdir davam edən komik serial həsrətinə son verilməsi gözlənilir. Yeni mövsümdə başlayacaq serialın hansı kanalda yayımlanacağı isə hələlik bəlli deyil.

Aslan
 

0