"Ermənistanı dinləyir və məlumatları Azərbaycana ötürürlər” - Erməni ekspert

SİYASƏT
19:10 / 06.10.2020
3839

“Türkiyənin cəlb olunması informasiya müharibəsinin formatını tamamilə dəyişib”.

Erməni KİV-ləri xəbər verir ki, bunu informasiya təhlükəsizliyi üzrə erməni mütəxəssis Samvel Martirosyan deyib.

Erməni mütəxəssis informasiya müharibəsində erməni tərəfinin zəif tərəfini əhalinin səhlənkarlığı hesab edir.

Martirosyan qeyd edib ki, Azərbaycan informasiya müharibəsində külli miqdarda pul xərcləyir və Türkiyə də informasiya müharibəsində Azərbaycanı açıq şəkildə dəstəkləyir: “100 faiz əminəm ki, Ermənistan ərazisini dinləyirlər və məlumatları Türkiyədən Azərbaycana ötürürlər”.

2