Prezident Mərkəzi Asiya və Azərbaycanı vahid geosiyasi region adlandırdı

SİYASƏT
17:11 / 23.08.2026
38

Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və iqtisadi regionu təmsil edir.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə birgə mətbuata bəyanatında bildirib.

Dövlət başçısı Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasında Mirziyoyevin xüsusi rolunu vurğulayıb.

"Əməkdaşlığın coğrafiyası genişlənib. Mərkəzi Asiya və Azərbaycan bu gün böyük potensiala, gələcəkdə isə daha böyük inkişaf imkanlarına malik vahid geosiyasi və iqtisadi regiondur", – deyə Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Özbəkistanın sıx qarşılıqlı fəaliyyəti bu regionun inkişafının müsbət dinamikasını böyük ölçüdə müəyyən edir.

"Bu, böyük, hətta deyərdim ki, yenicə formalaşmış və artıq kifayət qədər inteqrasiya olunmuş regionun inkişafının ümumi müsbət dinamikasından da böyük ölçüdə asılıdır", – deyə Prezident qeyd edib.//Report

0