Məşhur repçi azərbaycanlılardan üzr istədi: Terrorizmi dəstəkləmirəm 

SİYASƏT
10:08 / 07.10.2020
969

Dünyaca məşhur repçi Kardi B azərbaycanlılardan üzr istəyib.

Bu barədə o, Twitter səhifəsində məlumat yayıb.

Rəsmi hesabında səsyazısı paylaşan sənətçi araşdırma aparmadan Ermənistana dəstək olduğunu bildirib. O, paylaşımdan sonra səhifəsində xeyli sayda şərh yazıldığını, terrora dəstəkdə ittiham olunduğunu vurğulayıb.

Kardi açıqlamasını “Çox üzr istəyirəm, biz araşdırmadıq” başlığı ilə yayıb. Repçi daha sonra Nigar Xəlilova adlı istifadəçinin “onlayn təhsillə tarix öyrənir! Kardi B terrorizmi dəstəkləyir” tvitinə cavab verib:

“Mən terrorizmi dəstəkləmirəm. Mən yalnız dostuma görə paylaşım etdim. Heç bir araşdırma etmədən. Buna görə üzr istəyirəm. Müharibəni sevmirəm. İki ölkə arasındakı münaqişələri sevmirəm, çünki günahsız insanlar ziyan çəkir, buna nifrət edirəm”.

0
Qafqazinfo.az