Xocalı qətliamının iştirakçısı Qasparyan da ÖLDÜ

SİYASƏT
20:36 / 17.10.2020
3963

Ermənistan ordusunun “Qara Qaplan” könüllü dəstəsinin komandiri Rüstəm Qasparyan bu gün müalicə aldığı xəstəxanada ölüb.

Erməni mətbuatı xəbər verir ki, o, ağır qəlpə yarası aldıqdan sonra Xankəndindən İrəvana aparılmışdı. 

Xatırladaq ki, o, Qarabağ müharibəsi zamanı Xocalıda törədilən qətliamın cəlladlarından biridir. Həmçinin Qasparyanın 29 yaşlı oğlu bir neçə gün öncə Azərbaycan Ordusu tərəfindən məhv edilib.

0
Qafqazinfo.az