Tarixin 9 sentyabrı...

MARAQLI
12:57 / 09.09.2026
192

Bu gün tarixin vərəqlərində 9 sentyabrdayıq.

Hit.az xəbər verir ki, bu gün tarixdə bəzi mühüm hadisələrlə yadda qalıb.

9 sentyabr bir sıra görkəmli şəxsin doğum, eləcə də vəfat günü kimi xatırlanır. Onu da qeyd edək ki, bu gün Şimali Koreya və Tacikistanda Müstəqillik Günüdür. Beləliklə, tarixin 9 sentyabrına nəzər salırıq.

9 sentyabrda baş verənlər:
1850-ci ildə Kaliforniya ABŞ-nin 31-ci ştatı olub. 1948-ci ildə Kim İr Sen Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) yaradılmasını elan edib. 1991-ci ildə Tacikistan Sovet İttifaqından ayrılaraq müstəqilliyini elan edib. 2015-ci ildə II Elizabet Böyük Britaniyanın ən uzun müddət hakimiyyətdə olan monarxı olub.

9 sentyabrda doğulanlar:
1992-ci ildə baş leytenant, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Adil İbrahimli və 1926-cı ildə pediatr, professor Ədilə Namazova doğulub.

Həmçinin, 1828-ci ildə rusiyalı yazıçı Lev Tolstoy, 1918-ci ildə İtaliyanın keçmiş prezidenti Oskar Luici Skalfaro, 1923-cü ildə amerikalı aktyor Kliff Robertson, 1928-ci ildə gürcüstanlı dövlət xadimi Zurab Pataridze, 1930-cu ildə rusiyalı aktrisa Nadejda Rumyanseva, 1939-cu ildə İsrailin 10-cu prezidenti Reuven Rivlin, 1960-cı ildə ingilis aktyor Hyu Qrant, 1966-cı ildə amerikalı aktyor Adam Sendler, 1967-ci ildə hindistanlı aktyor Akşay Kumar, 1975-ci ildə kanadalı müğənni Maykl Buble, 1977-ci ildə türk futbolçu və baş məşqçi Fatih Tekke və 1985-ci ildə xorvatiyalı futbolçu Luka Modriç dünyaya gəlib.

9 sentyabrda vəfat edənlər:
1970-ci ildə arxeoloq Osman Həbibullayev və 1982-ci ildə kinorejissor Ələsgər Şərifov dünyasını dəyişib.

Həmçinin, 1569-cu ildə niderlandlı rəssam Böyük Piter Breygel, 1583-cü ildə ingilis səyyah Hamfri Gilbert, 1901-ci ildə fransız rəssam Anri de Tuluz-Lotrek, 1984-cü ildə türk kinorejissoru Yılmaz Güney, 1990-cı ildə italyan filosofu Nikola Abbanyano, 1995-ci ildə amerikalı aktyor Kit Veyn və 2001-ci ildə Əfqanıstan dövlət xadimi Əhməd Şah Məsud vəfat edib.

Pərviz

0