Monitorinq mərkəzi Azərbaycanda yerləşə bilər - Peskov

SİYASƏT
16:19 / 10.11.2020
1206

Qarabağla bağlı monitorinq mərkəzi Azərbaycanda yerləşə bilər, amma bu ayrı razılaşmaların mövzusudur.

HİT.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, Qarabağda Rusiya sülhməramlıları ilə yanaşı Türkiyə sülhməramlılarının yerləşdirilməsinin mümkünlüyünü şərh edərkən bildirib ki, həqiqətən də Azərbaycan ərazilərində atəşkəsə nəzarət mərkəzinin yaradılmasından söhbət gedib:

“Bu, Azərbaycandadır və birgə monitorinq mərkəzinin yerləşdirilməsinin nüansları artıq ayrı bir razılaşmanın mövzusudur”.

1