Vətən müharibəsindəki qələbənin 9 SİRRİ

10:00 / 12.11.2020
2836

Rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Azərbaycanın işğal altında olan Qarabağda 44 gün davam edən hərbi əməliyyatlarda qələbə qazanmağına münasibət bildirib.

Ekspert öz Teleqram-kanalında “Azərbaycan Ermənistanla Dağlıq Qarabağ uğrunda aparılan müharibəni necə qazandı?” sualını 9 bəndlə şərh edib:

1. Güclü və iradəli Prezident və Ali Baş Komandan İlham Əliyev.

2. Səmərəli təlimlənmiş, texniki cəhətdən təchiz olunmuş müasir bir ordu.

3. Azərbaycan əsgər və zabitlərinin yüksək əhval-ruhiyyəsi.

4. Müharibənin ədalətli xarakteri işğal olunmuş ərazilərin azad edilməsidir.

5. Səriştəli hərbi planlaşdırma, döyüş əməliyyatlarının hərtərəfli hazırlığı.

6. Ordu ilə xalqın birliyi.

7. İnkişaf etmiş hərbi-sənaye kompleksi.

8. Güclü və çoxşaxəli iqtisadiyyat.

9. Ölkə üçün optimal siyasi hakimiyyət sistemi.

0
qafqazinfo.az