Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri dəyişib.
HİT.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.
Qərara əsasən, komissiyanın yeni sədri Baş nazirin müavini Teymur Musayev təyin olunub.
Qeyd edək ki, bu təyinatadək Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Baş nazirin sabiq müavini Əli Əhmədov idi.


