İran ABŞ-ı ölkəyə qarşı mümkün yeni hərbi əməliyyatlarla bağlı sərt şəkildə xəbərdar edib. Tehran bildirir ki, Vaşinqtonun yeni müharibəyə başlaması halında Qərbi Asiyadan Avropaya qədər hücumlarda iştirak edən bütün hərbi bazalar İranın qanuni hədəfi olacaq.
HİT.az xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, ABŞ İrana qarşı yeni müharibəyə başlayarsa, bu qarşıdurmada iştirak edən hərbi obyektlər İranın cavab zərbələrinə məruz qala bilər.
Rzai mümkün hücumların coğrafi baxımdan yalnız Yaxın Şərqlə məhdudlaşmayacağına işarə edib. Onun sözlərinə görə, İrana qarşı əməliyyatlarda istifadə edilən heç bir hərbi baza təhlükəsiz hesab olunmayacaq.
“Güvənli məsafə yoxdur. Təhlükəsiz sığınacaq yoxdur. Toxunulmazlıq yoxdur”, deyə İran rəsmisi vurğulayıb.
Bu açıqlama ABŞ və İran arasında hərbi gərginliyin davam etdiyi bir vaxtda səsləndirilib. Tehran mümkün yeni hücumlara qarşı cavab tədbirlərinin coğrafiyasını genişləndirə biləcəyi barədə Vaşinqtona açıq xəbərdarlıq edib.
Samir


