Ermənilər Kəlbəcərdə hərbi hissələrini dağıtdı - VİDEO

22:50 / 14.11.2020
5418

Kəlbəcəri tərk edən erməni hərbçilər hərbi hissələrini dağıdıblar.

Bu barədə "tert.am"ın reporajında deyilir.

"İnsanlar öz əşyalarını toplayır, mal-qaranı daşıyır, kəndlərini tərk edirlər", - reportajda bildirilir.

Xatırladaq ki, Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Prezidenti arasında əldə olunmuş üçtərəfli razılaşmaya əsasən Ermənistan noyabrın 15-də Kəlbəcər rayonunu Azərbaycana təhvil verməlidir.


23
Yenisabah.az