Ərdoğan Türkiyə qoşunlarının Azərbaycandakı fəaliyyətini müzakirə edəcək

09:20 / 28.01.2021
961

 

Türkiyə Milli Təhlükəsizlik Şurasının ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bu gün keçiriləcək iclasında Türkiyə ordusunun Azərbaycandakı fəaliyyəti müzakirə olunacaq.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Eyni zamanda, Türkiyə ordusunun terror təşkilatlarına qarşı əməliyyatları, digər regional və milli təhlükəsizlik məsələlərinin də müzakirə ediləcəyi gözlənilir.

0
Oxu.az