Yerevanda növbəti etiraz aksiyası - etirazçılar hökumət binasına hücum etdi

SİYASƏT
20:22 / 28.01.2021
691

Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbilə keçirilən nümayiş başa çatıb.

HİT.Az erməni KİV-inə istinadən xəbər verir ki, etirazçılar hökumət binasına hücum edərək binaya daxil olmaq istəyiblər. 

"Binaya girib Paşinyandan istefa etməsini tələb etmək istəyirik", - deyə etirazçılardan biri bildirib. Nəticədə, etirazçılarla polis arasında qarşıdurma yaranıb, təxminən 30 nümayişçinin saxlanıldığı qeyd olunur.

News.am-ın məlumatına görə, saxlanılanlar arasında aksiya təşkilatçılarından Arşak Zakaryan da var.

Etiraz aksiyasının digər təşkilatçısı Tiqran Çobanyan bugünkü mitinqin bitdiyini bildirərək əlavə addımlar barədə məlumatın daha sonra açıqlanacağını qeyd edib. "Güclər bərabər olmadığından etirazları dayandırırıq", - deyə o bildirib.

Qeyd edək ki, 2020-ci il noyabrın 10-da  Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı Qarabağda döyüşlərin dayandırılması haqqında razılaşmadan sonra Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbilə mitinqlər keçirilir. Ermənistan müxalufəti Paşinyanı kapitulyasiya aktını imzalamaqda günahlandırır. 

0