Akar Həsənovla danışıb - Monitorinq Mərkəzi ilə bağlı işlər yekunlaşıb

SİYASƏT
20:25 / 29.01.2021
1273

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla telefonla danışıb.

HİT.Az xəbər verir ki, məlumatı yanvarın 29-da Türkiyənin Bakıdakı səfirliyi yayıb.

H. Akar bildirib ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılmasına dair işlər tamamlanıb. 

"Türk və rus əsgərlərin fəaliyyət göstərəcəyi Mərkəz sabah fəaliyyətə başlayacaq. Bir general və 38 zabitimizin çalışacağı Mərkəzin atəşkəsin davamlılığına, sülhə və sabitliyə töhfə verəcəyinə inanırıq", - deyə Akar bildirib.

0