YUNESKO-dan daha bir ziddiyyətli addım: Dağlıq Qarabağda mədəni irsin qorunması 

SİYASƏT
16:01 / 10.03.2021
1208

Ceyhun Osmanlının ingilisdilli "EUtoday" nəşrində nəşr olunan məqaləsinin tərcüməsini təqdim edirik.

Təhsil, elm və mədəniyyət sahələrini vasitə kimi istifadə edən YUNESKO dünyada sülh quruculuğu prosesində vacib bir quruma çevrilmiş, bu istiqamətdə onun mədəni və təbii abidələrin dünya mədəni irs siyahısının xüsusi rolu olmuşdur. Lakin bütün bunlara baxmayaraq son dövrlərdə mübahisə doğuran addımları onun bu fəaliyyətinə kölgə salmışdır. Bu baxımdan Ceyhun Osmanlı YUNESKO-nun son illərdə atdığı ziddiyyətli addımlarla dünyanın media gündəmində yer aldığını və bunun nəticəsində Amerika Birləşmiş Ştatları və İsrail kimi dövlətlərin Birləşmiş Millətlər Təşkilatının mədəni qolu olan YUNESKON-u tərk etdiklərini yazır. 

Bu istiqamətdə Amerika Birləşmiş Ştatlarının YUNESKO-nu ‘əsaslı islahatlar’ aparmağa çağırarkən İsrail qurumu tarixi təhrif etməkdə günahlandırmışdır. YUNESKO-nun belə ziddiyyətli yanaşmalarından biri də Dağlıq Qarabağda imzalanan son atəşkəs müqaviləsindən sonra qurumun diplomatik çəkişmələrə səhnə olduğu Cənubi Qafqazda meydana çıxmışdır. 

(Keçmiş Dağlıq Qarabağ vilayəti)– original mətndə də yalnış qeyd edilib) Dağlıq Qarabağ və ətraf yeddi rayonun beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınmasına baxmayaraq 30 ildir Ermənistanın işğalı altındadır. Ötən ilin sentyabr ayının sonunda başlayan güclü döyüşlərdən sonra, 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli atəşkəs müqaviləsi nəticəsində Dağlıq Qarabağın (Dağlıq Qarabağ ifadəsi ortadan qalxmalıdır – İlham Əliyev) əhəmiyyətli bir hissəsi yenidən Azərbaycanın nəzarətinə qaytarılmışdır. Lakin azərbaycanlıların bir neçə ay əvvəl erməni işğalından azad etdikləri şəhər və rayonlarda rastlaşdıqları mənzərə onların həmin əraziləri tanımaqlarında çətinlik yaratmışdır.

Bu şəhərlərin əksəriyyətində məscidlər, müqəddəs yerlər və digər tarixi abidələr ermənilər tərəfindən donuz və mal-qara üçün tövləyə çevrilmiş və ya tamamilə dağıdılmışdı. Qtiç və ya Ktiş kimi tanınan monastrla yanaşı Qafqaz Albaniyasına aid bir çox qədim xristian kilsələri dağıdılmış və divarları yazılarıq erməni vandalizminə məruz qalmışdır. 

Azərbaycan tərəfi 1990-cı illərin əvvəlində baş verən Birinci Dağlıq Qarabağ müharibəsi nəticəsində erməni işğalı altına qalan ərazilərdə Azərbaycanın mədəni irsinə aid olan məscidlər, abidələr, muzeylər, incəsənət mərkəzləri, kitabxanalar, musiqi məktəbləri və teatrların baxımsız qaldıqlarını və hətta dağıdıldıqlarını dəfələrlə bəyan etmidir.

Bu hal tamamilə xarabalığa çevrilmiş Ağdam şəhərində xüsusi ilə nəzərə çarpırdı. 2014-cü ildə regiona səfəri zamanı ermənilərin mədəni irsə qarşı törətdiyi vəhşiliklərə şahidlik edən ingilis yazıçısı Corc Mitçel Ağdamı “ruhlar şəhəri” və “Qafqazın Xiroşiması” adlandırmışdı. Azərbaycan tərəfinin erməni işğalı altında olan ərazilərdəki mədəni irsin qorunması üçün beynəlxalq faktaraşdırıcı missiyanın yaradılması istiqamətində dəfələrlə çağırışlar etməsinə baxmayaraq 30 il beynəlxalq ictimaiyyət tərəfindən bu vəziyyətə biganə yanaşılmış və bu günə qədər erməni tərəfinin razılığı olmadığına görə YUNESKO-nun heç bir nümayəndə heyəti Dağlıq Qarabağda fəaliyyət göstərə bilməmişdir. 

Təəccüb doğurucu haldır ki, YUNESKO silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında 1954-cü il tarixli Haaqa Konvensiyasına müvafiq olaraq üzv dövlətlərində mədəni irsi qorumaq kimi missiyasın olduğunu bu yaxınlarda xatırlamışdır. Belə ki, 20 noyabr 2020-ci il tarixli mətbuat konfransında erməni çağırışlarına cavab olaraq YUNESKO tərəfindən “əhəməiyyətli mədəni sərvətlərin ilkin inventarizasiyasını aparmaq üçün müstəqil ekspertlərdən ibarət nümayəndə heyətinin yaradılması” təklif edilmişdir. 

Nəticə etibarilə, Azərbaycan Xarici İşlər Nazirliyi YUNESCKO-a tərəf saxlamama kimi bir vəzifəsinin olduğunu xatırlatmaqla yanaşı Dağlıq Qarabağda mədəni irsin qorunmasını siyasiləşdirməməyi tövsiyyə etmişdir. Qeyd etmək lazımdır ki, 1954-cü il Konvensiyasından bəri bir çox məhv və vandalizm hadisəsinin baş verməsinə baxmayaraq dünyanın heç yerində YUNESKO-nun heç bir missiyası həyata keçməmişdir.

Ermənilər evləri yandıraraq kilsələrin xaçlarını yerindən söküb və monastırların zənglərini götürərkən, tarixi və mədəni abidələrinin ətrafındakı ərazilərə minalar qoyaraq atəşkəsdən sonra Dağlıq Qarabağı tərk etdiklərində məşhur tarixi xalçalar kimi qiymətli mədəni irs nümunələrini özləri ilə apardıqları zaman; Azərbaycan hakimiyyəti Azərbaycanın dünyəvi və çoxmədəniyyətli bir ölkə olduğunu vurğulayaraq ölkə ərazisindəki mədəni və dini irsi qorumağı özünə qayə etmişdir.

Azərbaycan onlarla kilsəni, o cümlədən Bakıdakı Erməni, Lüteran və Rus Pravoslav kilsələrini və Azərbaycanın daxilindəki çoxsaylı sinaqoqları bərpa etmiş, eyni zamanda Fransa, Vatikan, Rusiya, Macarıstan və digər ölkələrdə kilsələrin bərpasına dəstək vermişdir.

Azərbaycan dini tolerantlığın qədim tarixə malik olduğu bir ölkədir. Əhalisinin 90%-dən çoxunun müsəlman olmasına baxmayaraq bütün dini azlıqlar ölkənin bütün bölgələrində bu ölkənin vətəndaşı olaraq qəbul edildiklərini və dəyərli olduqlarını hiss edirlər. Buna missal olaraq İsraildən sonra yəhudilərin bir yerdə yaşadıqları ən böyük yaşayış yerkərindən biri olan Quba rayonundakı Qırmızı qəsəbəni göstərmək olar. Yəhudilər heç bir ayrı seçkiliyə və nifrətə məruz qalmadan öz dini rituallarını yerinə yetirə və dini paltarları ilə küçələrdə gəzə bilərlər. Dini azlıqlara belə yanaşma YUNESKO-nun baş qərargahının yerləşdiyi və son zamanlarda ictimai yerlərdə dini simvolların istifadəsinin limitləşdirilməsinin ictimai müzakirənin diqqət mərkəzində olduğu Fransa kimi bir çox Avropa ölkələri ilə ciddi ziddiyyət təşkil edir.

YUNESKO-nun mədəni irsin qorunması barəsində niyə tərəf tutaraq ikili standartlar tətbiq edəcəyi aydın deyil. Bir mədəni və dini irsi digərindən üstünmü tutur? Hər hansı bir diasporanın təsiri altındadırmı? Təcavüzkar sosial media kampaniyalarının yaratdığı nüfuz risklərindənmi qorxur? deyə bilmərik. Lakin səbəbi nə olursa olsun, YUNESKO-nun son cəhdlərinin səmərəsiz qaldığı görünür. Beynəlxalq qurum kimi YUNESKO mədəniyyətlərin qoruyucusu kimi öz missiyasını yerinə yetirməkdə ciddi olmaq istəyirsə, qlobal müstəvidə qərəzsiz və müstəqil bir aktyor kimi etibarını bərpa etməlidir. Əks təqdirdə, gələcəkdə daha çox ziddiyyətlərin mərkəzinə çevrilmək riski var.

0