Rusiya və Ermənistan müdafiə nazirləri telefonla danışdı

19:08 / 10.03.2021
888

Bu gün Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu və onun erməni həmkarı Vaqarşak Arutyunyan arasında telefon danışığı baş tutub.

HİT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı tərəflər ikitərəfli hərbi və hərbi-texniki sahədə əməkdaşlığı müzakirə ediblər.

Müdafiə nazirləri eyni zamanda, Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin vəzifələrinin icrası ilə bağlı mövcud vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də fikir mübadiləsi aparıblar.

1