Ceyhun Bayramov Türkiyə rəsmisi ilə görüşdü

23:14 / 10.03.2021
638

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in Mətbuat Xidməti idarəsindən Hit.az -a verilən məlumata görə, görüş zamanı Ceyhun Bayramov qardaş Türkiyənin nümayəndə heyətini səmimiyyətlə salamlayaraq, Azərbaycan və Türkiyə arasında mövcud yüksək səviyyəli əməkdaşlıq və tərəfdaşlıq münasibətlərin son zamanlar intensiv şəkildə inkişafından məmnunluqla bəhs edib.

Türkiyənin hər zaman Azərbaycanın haqq mövqeyinə dəstək olduğunu vurğulayan nazir, 44 günlük Vətən müharibəsi dövründə bu dəstəyin bütün səviyyələrdə, o cümlədən, ali səviyyədə, Böyük Millət Məclisi, Müdafiə və Xarici İşlər Nazirlikləri daxil olmaqla bütün dövlət qurumları və nəhayət qardaş Türkiyə xalqı səviyyəsində açıq nümayiş edildiyini söyləyib.

0