YAP Gənclər Birliyinə yeni sədr seçildi

SİYASƏT
17:55 / 11.03.2021
742

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinə yeni sədr seçilib.

Bu barədə "Report"a YAP Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev məlumat verilib.

O bildirib ki, bu gün Gənclər Birliyinin iclası keçirilib və Bəxtiyar İslamov sədr seçilib:

"Həmçinin Biriliyin fəaliyyət istiqamətlərinə yeniliklər edilib".

B.İslamov “ASAN Könüllüləri” Təşkilatının sədridir.

İndiyədək partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov idi. O, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Xatırladaq ki, YAP-ın VII qurultayı martın 5-də keçirilib.

0