SİYASƏT
10:16 / 19.03.2021
683

Paşinyan növbədənkənar seçkiyə qədər sağ qalsa… - ŞƏRH

“Ermənistanın baş naziri Nikol Paşinyan nəhayət erkən parlament seçkisinin tarixini elan etdi – 20 iyun. Paşinyan Azərbaycana məğlubiyyətdən sonra yaranan dərin böhrana dözdü, idarə etməyə çalışdı, radikal müxalifət, kilsə, Baş qərargahın rəisinin tələbləri qarşısında istefa vermədi. Ancaq erkən parlament seçkisi də Ermənistanı hazırki böhrandan xilas etməyəcək”.

HİT.Az-ın məlumatına görə, bunu Ermənistandakı siyasi vəziyyəti şərh edərkən pıolktoloq Elxan Şahinoğlu bildirib.

“Birincisi, küçələrə tökülüşən radikal müxalifət seçkinin nəticəsini tanıymayacaq. Çünki küçələrdəki müxalifət seçkidə səs qazanmayacağını bəri başdan bilir. Digər tərəfdən, iyunun 20-də qədər başda Paşinyan olmaqla seçkiyə qatılacaq siyasi partiyalar təbliğat kampaniyasına başlayacaqlar. Aydındır ki, kampaniyanın əsas mübarizəsi Qarabağ mövzusu ətrafında olacaq və bu amil Ermənistanı bir neçə ay yenə gərgin vəziyyətdə saxlayacaq.

Buna baxmayaraq, Paşinyan seçkiyə qədər sağ qalsa (ermənilər terroru yaxşı bacarırlar) o, yenidən ermənilərin səslərini qazanacağına ümidlidir. Onun qələbəsi partiyasına təkbaşına hökumət formalaşmağa imkan verməsə də, Paşinyan seçkinin nəticəsinə görə söz sahibi olan siyasətçilərdən biri olaraq qalacaq”, - E.Şahnoğlu deyib.

Politoloqun fikrincə, “Qarabağ klanı”nı və onun liderlər - Robert Köçəryanla Serj Sərkisyan böyük ehtimalla yenə müxalifətdə qalacaqlar:

“Seçkinin nəticəsinə görə, koalisyon hökumət formalaşarsa, yeni baş nazir üçün qərarlar vermək çətin olacaq. Ancaq baş nazir kim olursa olsun, həmin şəxs Moskvanın vasitəçiliyi ilə qəbul edilən 9 noyabr və 11 yanvar razılaşmalarını yerinə yetirmək məcburiyyətindədir.

Nikol Paşinyanın yenidən baş nazir kimi fəaliyyətini davam etdirməsi Azərbaycanın maraqlarına cavab verirsə, yaxın aylarda həbsxanalarımızda saxlanılan bir qrup erməninin Ermənistana təhvil verilməsi mümkündür. Bu Paşinyanın seçki öncəsi erməni cəmiyyətində nüfuzunu daha bir az gücləndirə bilər”.

1