Üçtərəfli bəyanata qarşı çıxan erməni kim idi? - O gecə ölümcül döyülüb

SİYASƏT
11:57 / 22.03.2021
1643

Ermənistan mediası ötən il noyabrın 9-da Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli bəyanata qarşı çıxanların adlarını açıqlamağa başlayıb. 

HİT.Az xəbər verir ki, bəyanatın qatı əleyhdarı kimi Ermənistan parlamentinin spikeri Ararat Mirzoyanın adı çəkilir.

Ermənistan KİV-inin yaydığı məlumatda qeyd edilir ki, Baş nazir Nikol Paşinyan bəyanatı imzalamamışdan əvvəl Xarici İşlər naziri Zöhrab Mnatsakanyan, Müdafiə naziri David Tonoyan, Baş Qərargah rəisi Onik Qasparyan, Baş nazirin müavini Tiqran Avinyan, spiker Ararat Mirozyan və Qarağadakı separatçı rejimin rəhbəri Araik Arutyunyanla bu barədə məsləhətləşmələr aparıb. 

"Kapitulyasiyaya etiraz edən yeganə şəxs Ararat Mirozyan olub. O bildirib ki, xalq buna görə bizi bağışlamayacaq”, - erməni mediası yazır. 

Bildirilir ki, bəyanatın imzalanmasını təşviq edən əsas şəxs isə Baş nazirin müavini Tiqran Avinyan olub. "O, Baş naziri müharibəni dayandırmağın vacib olduğuna inandıraraq sənədin imzalanmasına israr etdi", - məlumatda qeyd edilir.

Xatırladaq ki, 9 noyabrda imzalanan üçtərəfli bəyanatdan sonra Ermənistanda siyasi gərginlik artıb. Elə həmin gecə ölkədə iğtişaşlar baş verib. Paşinyan hakimiyyətini xəyanətdə ittiham edən müxalifət tərəfdaları küçələrə çıxıb. Ermənistan parlamentinə hücum edilib. 

Maraqlıdır ki, bu olaylarda indi bəyanatın əleyhinə olduğu bildirilən Ararat Mirzoyan ölümcül döyülüb.

VÜQAR

0