Ərdoğandan müxalifətə: Bu məsələ bağlandı

SİYASƏT
19:20 / 26.03.2021
909

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin İstanbul razılaşmasından çıxmasından sonra müxalifətin səsləndirdiyi itthamlara cavab verib.

Dövlət başçısı bu yöndə qərarın parlamentin səlahiyyətində olmadığını bildirib.

“Müxalifət bu işləri bilmir. Girərik, girdiyimiz kimi də çıxarıq. Heç kim əvvəlini və axırını qarışdırmasın. Beləliklə, bu məsələ bağlanıb”, - deyə Ərdoğan söyləyib.

Qeyd edək ki, bir həftə öncə Türkiyə prezident R.T. Ərdoğanın qərarı ilə İstanbul razılaşmasından çıxıb.

0
axar.az