Vüqar Bayramov: "Azərbaycan hökuməti ilə Belarus arasında strateji münasibətlər inkişaf edir"

SİYASƏT
21:46 / 20.05.2024
309

“Belarus hökuməti Azərbaycanın haqq işinə dəstək olur. Belarus Qarabağın bərpa prosesində yaxından iştirak edir. Belə bir dəstəyin olması vacib olmaqla yanaşı, iki ölkə arasındakı strateji əməkdaşlığı göstərir".

Bu sözləri Hit.az-a millət vəkili Vüqar Bayramov deyib. 

O bildirib ki, Azərbaycan hökuməti ilə Belarus arasında strateji münasibətlər inkişaf edir və daha da dərinləşir. Bu münasibət çərçivəsində Belarus işğaldan azad olunmuş ərazilərin bərpasına dəstək göstərir.

Millət vəkili onu da əlavə edib ki, Belarus Qarabağda 420 ailə üçün yaşayış məntəqəsinin inşa edilməsi məskunlaşma prosesinə dəstək olacaq. 

Qeyd edək ki, Belarus Qarabağda 420 ailə üçün yaşayış məntəqəsi tikməyi planlaşdırır. Bu barədə jurnalistlərə Belarusun memarlıq və tikinti naziri Ruslan Parxamoviç məlumat verib.

Sevinc

0