"İran Azərbaycanın yüksəlişini həzm edə bilmir" - AÇIQLAMA

SİYASƏT
11:53 / 17.01.2025
115

"İran Azərbaycan dövlətinin varlığından narahatdır".

Bu sözləri siyasi şərhçi Məhsa Mehdili Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu, Azərbaycan dövlətinin yaranmasından etibarən rəsmi Tehran üçün belə olub:

"Üstəlik, İranın Azərbaycana qarşı siyasəti və mövqeyi son 100 ildə heç vaxt dəyişməyib. Yəni İran Azərbaycanın varlığını və uğurlarını həzm edə bilmir. Hətta Tehran hakimiyyəti indiyə qədər apardığı siyasətində də bunu göstərib".

366133

Ekspert xatırladıb ki, İranın anti-Azərbaycan siyasəti 30 ilə yaxın Qarabağın işğal altında qaldığı dönəmdə də özünü açıq şəkildə biruzə verdi:

"İran islamçılıq iddiası etsə də, Azərbaycanın torpaqları işğal altında qalmasını dəstəkləyirdi. O dönəm Tehran hakimiyyəti Ermənistanı dəstəkləyərək, Azərbaycanın torpaqlarını işğaldan azad etməsinə qarşı çıxırdı. 

Hətta İran rəsmiləri ölkəmizin zəfərindən nə qədər narahat olduqlarını dəfələrlə dilə gətirib. Əslində, İranın Cənubi Qafqaz, Azərbaycan və Ermənistanla bağlı siyasəti iflasa uğrayıb".

Məhsa Mehdili vurğulayıb ki, Tehran rejiminin bu addımlarından sonra İrandakı soydaşlarımız arasında azərbaycançılıq hərəkəti daha da gücləndi və dərinləşdi:

"Nəticədə, İranın Güney Azərbaycanla bağlı mövqeyi də çox zəiflədi. Azərbaycan isə bölgədə getdikcə güclənir. Bunlar da Tehran hakimiyyətinin ölkəmizə aqressiyasının artmasına gətirib çıxardı. 

İran hakimiyyəti ağıllı olmadığı üçün qonşuları və vətəndaşları ilə düzgün münasibətlər qura bilmir. Ona görə də belə aqressiv və nifrət siyasətini davam etdirir. Çünki heç bir masada başqa siyasət apara bilmirlər. Ümumiyyətlə, İran Azərbaycanın da yüksəlişini həzm edə bilmir".

Pərviz

0