42 faiz Rusiyanı, 34 faiz ABŞ-ı təhlükə hesab edir - SORĞU

DÜNYA
15:08 / 16.09.2026
45

ABŞ-nin xeyriyyəçilik məqsədli "Rokfeller Fondu"nun keçirdiyi yeni sorğuya əsasən, respondentlərin 70 faizi son bir il ərzində müharibə və münaqişələr səbəbindən dünyada vəziyyətin pisləşdiyini düşünür. 

HİT.az xəbər verir ki, sorğu BMT Baş Assambleyasının keçirilməsi ərəfəsində fondun sifarişi ilə aparılıb və 34 ölkədən 35 min nəfər iştirak edib.

Sorğunun nəticələrinə görə, respondentlər ABŞ və ya Çinin dünyada aparıcı rol oynamasına getdikcə daha mənfi yanaşırlar və hər iki ölkəni təhlükə kimi qəbul edirlər.

Öz ölkələrinin qiymətləndirilməsi nəzərə alınmadıqda, respondentlərin 42 faizi Rusiyanı ən ciddi təhlükə adlandırıb. 14 ölkədə, əsasən Avropada, Rusiya belə qiymətləndirilib. Sorğuda iştirak edənlərin 34 faizi ABŞ-ni, 30 faizi isə Çini əsas geosiyasi təhlükə hesab edib.

Potensial dünya lideri kimi ən müsbət münasibət Kanadaya qarşı olub – respondentlərin 60 faizi bu ölkəyə belə status verilməsini dəstəkləyib. Daha sonra Yaponiya (58 faiz) və Avstraliya (55 faiz) qərarlaşıb. ABŞ-yə respondentlərin yalnız 39 faizi, Çinə 37 faizi, Rusiyaya isə 26 faizi dəstək verib.

Samir
 

0